"Barselona"nın futbolçusu Pau Kubarsi Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Benfika"ya qarşı keçirəcəkləri səfər qarşılaşması ərəfəsində Kataloniya klubunun bu mövsüm sözügedən turnirin qalibi olmaq perspektivi barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, AS gənc müdafiəçinin sözlərini belə çatdırıb:
"Biz bütün tirullar uğrunda mübarizə apara bilərik. Çempionlar Liqasında yolumuz hamar deyil. Biz hər növbəti matça köklənməli, qələbələr qazanmağa çalışmalıyıq. "Barsa" mənim həyatımın komandasıdır. ÇL-də qələbə çox sayda hədəflərimdən biridir. Amma real durumu anlamaq lazımdır. Bu gün üçün "Benfika" ilə oyunları düşünməliyik".
Nihat