La Liqanın XXVII turundan təxirə salınmış “Barselona” – “Osasuna” oyununun keçiriləcəyi tarixi açıqlanıb.
Fanat.Az İspaniya Kral Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş martın 27-də baş tutacaq.
Xatırladaq ki, martın 8-də reallaşmalı olan oyun Kataloniya klubunu həkimi Karles Minyaro Qarsiyanın vəfatı səbəbindən ertələnmişdi.