İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti" klubları akademiyalarında çıxış edən bəzi futbolçuların yaşlarını saxtalaşdırmaqda ittiham edilirlər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Telegraph" yayıb.
Məlumata görə, hər iki klub ölkə xaricində doğulan bir neçə uşağın doğum tarixini dəyişdirib. Mənbə onlardan ikisinin - MY-yə 2022-ci ildə transfer olunan qardaşların adlarını da açıqlayıb. Bunlar "qırmızı şeytanlar"ın aşağı yaş qrupları üzrə komandalarına gələn Bassiru Nkoto və Duka Nkotodur.
Nihat