"Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Güler bu yay "Kral klubu"nu tərk edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Marca" oyun praktikasından əziyyət çəkdiyi üçün getmək istədiyi deyilən türk futbolçunun sözlərini belə çatdırıb:
"Biz 3 titul uğrunda mübarizəyə hazırıq. Bu, inanılmazdır. "Real" bütün tituları qazanmaq istəyir. Mənim yeganə arzum hər oyunda oynamaq, komandama kömək etməkdir.
Gələcəyim barədə onu deyə bilərəm ki, "Real" mənə plan təqdim edib və hələ də o plana inanıram. Əminəm ki, klubda uğur qazanacam. Madriddə ev də almışam. Mən çox işləyirəm və həmişə oynamağa hazıram. "Real" azarkeşlərini sevirəm. Onların dəstəyi mənim üçün çox önəmlidir. Hər birinə minnətdaram. Bu kluba oynamaq və onun vacib parçası olmaq üçün gəlmişəm. İstəyimə nail olmamış mübarizə aparmağa davam edəcəm".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 30 oyuna çıxan 20 yaşlı Arda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat