"Arsenal"ın cinah hücümçusu Bukayo Saka omba zədəsini sağaldaraq sıraya dönüb.
Fanat.Az xəbər verir ki, "topçular"ın mətbuat xidməti ötən ilin dekabr ayının sonlarında xəsarət alan oyunçunun məşqdən çəkilən fotosunu sosal şəbəkələrdə paylaşıb:
Cari mövsüm bütün turnirlərdə 24 matça çıxan Saka 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Arsenal" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.