“Yuventus” yeni baş məşqçisi İqor Tudor ictimaiyyətə təqdim edib.
Fanat.Az xəbər verir ki, sözügedən mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.
O, Turin klubunda yayda keçiriləcək Klublararası Dünya Çempionatının sonunadək işləyəcək. Xorvat çalışdırıcı "ağ-qaralar"ı Çempionlar Liqasına aparmağı bacarsa, müqavilənin müddəti daha 1 il uzadılacaq.
Tudor “Yuventus”da istefaya göndərilən Tyaqo Mottanın yerini tutub.