Bu gecə İspaniya La Liqasının 27-ci turundan təxirə salınan "Barselona" - "Osasuna" oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
La liqa
27-ci tur
Barselona - Osasuna 3:0
Qollar: Torres, 11. Olmo, 21-pen. Levandovski, 77.
Qeyd edək ki, 28 tura 63 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlinin zirvəsində mövqe tutub. 33 xalı olan "Osasuna" isə 14-cü yerdədir.
Nihat