"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın ulduz hücumçusu Kilian Mbappedən danışıb.
Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:
"Mbappenin futbol tarixinin ən yaxşısı olacağını proqnozlaşdırmaq çətin işdir. Ona Kriştianu Ronaldunun "Real"da nail olduğuna nail olmağı tövsiyyə edə bilərəm. Kilianın belə bur imkanı var. Bu o deməkdir ki, o da Kriştianu kimi əfsanə olacaq".
Nihat