"Liverpul"un vingeri Luis Diasın "Barselona"ya transferinə kimin əngəl yaratdığı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.
Məlumata görə, klub rəhbərliyi 28 yaşlı kolumbiyalının keçidində maraqlı olsa da, "blauqrana"nın baş məşqçisi Hans-Diter Flik yaş amilinə görə bu istəyə qarşı çıxıb. Mənbə alman mütəxəssisin daha gənc oyunçulara göz dikdiyini və uzunmüddətli planlar cızdığını vurğulayıb. Flikin "Atletik"in 22 yaşlı vingeri Niko Uilyamsı heyətə qatmaq variantını uyğun saydığı bildirilib.
Qeyd edək ki, cari mövsüm klubunun forması ilə 42 matça çıxan Dias 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat