"Real Madrid"in 18 yaşlı hücumçusu Endrik İspaniya nəhəngindən ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, braziliyalı forvardın sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Real"ın futbolçusu olmaq ürəyimcədir! Burada olmaqdan məmnunam, bu klubu sevirəm. Öyrənmək, inkişaf etmək, komandam üçün hər şey etmək üçün "Real"dayam".
Qeyd edək ki, Madrid təmsilçisinə ötən yay "Palmeyras"dan keçən Endrik cari mövsüm "Kral klubu"nun forması ilə bütün turnirlərdə 28 matça çıxaraq 6 qol vurub.
Nihat