"Mançester Siti"nin belçikalı Kevin De Bröyne mövsümün sonunda "şəhərlilər"i tərk edəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, 10 il ərzində formasını geyindiyi klubu heç vaxt unutmayacağını vurğulayıb.
Qeyd edək ki, De Bruyne MS-ə 2015-ci ildə Almaniyanın "Volfsburq" klubundan transfer olunub. Cari mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 31 matça çıxan Kevin 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli yarımmüdafiəçinin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
Nihat