"Barselona" və "Milan"ın sabiq hücumçusu Ronaldinyo hansı futbolçunun oyununu izləməkdən zövq aldığını deyib.
Fanat.Az xəbər verir ki, onun əfsanəvi braziliyalının sözlərini "Milan News" belə çatdırıb:
"Milan"ın heyətində əla futbolçular cəmləşiblər. Düşünürəm ki, onlar gələn mövsüm böyük uğurlara imza ata bilərlər.
Rafael Leauya nə məsləhət verərdim? Leaunun məsləhətə ehtiyacı yoxdur, o, əla futbolçudur. Oyununu izləməkdən zövq aldığım oyunçulardan biridir".
Qeyd edək ki, cari mövsüm "Milan" forması ilə 43 matça çıxan Leau 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı portuqaliyalı vingerin transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.
Nihat