"Mançester Siti" cari mövsümün sonunda iş yerini dəyişəcəyi dəqiqləşən belçikalı yarımmüdafiəçi Kevin De Bröyneyə iki potensial əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder, "The Athletic"in jurnalisti David Ornşteyn yayıb.
Xəbərə görə, "şəhərlilər" "Bayer Leverkuzen"dən 21 yaşlı Florian Virtsi, "Nottingem Forest"dən isə 25 yaşlı Morqan Gibbs-Uaytı nəzərdən keçirirlər.
Qeyd edək ki, Virts bu mövsüm bütün turnirlərdə 39 matça çıxaraq 15 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıbsa, Gibbs-Uayt 30 qarşılaşmada 5 qol, 9 assistlə diqqət çəkib.
Nihat