Sabiq braziliyalı hücumçu Ronaldinyo hazırda karyerasını davam etdirən ən yaxşı həmyerlisinin adını deyib.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, 45 yaşlı veteran "Real Madrid"in cinah hücumçusu Vinisius Junioru fərqləndirib:
"Rafinyanın oyunu xoşuma gəlir. Amma məncə, Vinisius Junior dünyanın ən yaxşı braziliyalı futbolçusudur".
Qeyd edək ki, Vinisius Madrid təmsilçisinə 2018-ci ilin yayında "Flamenqo"dan transfer olunub. İndiyədək "Kral klubu"nun forması ilə bütün turnirlərdə 307 matça çıxan vinger 104 qola imza atıb.
Nihat