Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən İngiltərədə "Real Madrid"i darmadağın edən (3:0) "Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays İspaniya nəhənginin qapısına vurduğu iki qol barədə fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, onun sözlərini "Amazon Prime" belə çatdırıb:
"Məşq zamanı hərdən belə qollar vururdum! Amma tez-tez top ya canlı səddə dəyirdi, ya da qapı tirinin üstündən keçirdi. Əvvəlcə asma haqqında düşündük, amma canlı səddə və qapıçının mövqeyinə baxdım və sonda qərara gəldim ki, vurmaq lazımdır
İkinci qol? Qapıya "düşəcəyimə" əmin idim. Qarşıda cavab matçı olduğu üçün hələ etdiklərim barədə çox dərin düşünə bilmirəm. Lakin artıq ilhamlanmışam, xoşbəxtəm və göyün 7-ci qatındayam. Düşünürəm ki, bir neçə ildən sonra bu gün etdiyim hər şeyin nə qədər xüsusi olduğunu anlayacağam".
Qeyd edək ki, tərəflərin "Santyaqo Bernabeu"dakı oyunu aprelin 16-da keçiriləcək.
Nihat