Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində dünən səfərdə "Bayern Münhen"i 2:1 hesabı ilə məğlub edən "İnter"in qapıçısı Yan Zommer oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az-ın məlumatına görə, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Hər oyuna qələbə üçün çıxırıq. Cavab oyununda hesabı qorumağa çalışmaq, təhlükəli olar. Yolumuza davam etmək istəyirik. İtaliyadakı görüşdə də səviyyəli oyun sərgiləməliyik".
Qeyd edək ki, "İnter" - "Bayern" oyunu aprelin 16-da keçiriləcək.
Nihat