Müqavilə ilə "Milan"a məxsus olan, icarə əsasında "Qalatasaray"ın formasını geyinən ispaniyalı hücumçu Alvaro Morata növbəti mövsümə La Liqa klubunda başlaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb.
Mənbə 32 yaşlı futbolçunun xidmətində "Xetafe"nin maraqlı olduğunu vurğulayıb. Xəbərə görə, Morata İspaniyada pynamaq variantına isti yanaşır.
Qeyd edək ki, sözügedən forvard "Qalatasaray" forması ilə 8 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat