"Real Madrid"in sabiq futbolçusu və idman direktoru Predraq Miyatoviç İspaniya nəhənginin vingeri Vinisius Juniorun məhsuldarlığının aşağı düşməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Bild" belə çatdırıb:
"Kilian Mbappe gələndən bəri Vinisius sanki onlardan hansının güclü olduğunu göstərməyə qorxur. Adama elə gəlir ki, hədəf "Real" azarkeşlərinə kimin daha üstün olduğunu göstərməkdir. Məhz bu səbəbdən Vinisius cari mövsüm gözlənilən səviyyədə oynamır. Dediyim hiss olunur".
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 42 matça çıxan Vinisius 19 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat