Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən istinadən xəbər verir ki, bu, "Arsenal"ın yarımmüdafiəçisi Deklan Raysdır.
26 yaşlı oyunçu "Real Madrid"i Londonda darmadağın etdikləri matçda (3:0) cərimə zərbəsindən 2 baxımlı qola imza atıb.
Qeyd edək ki, ÇL-in 1/4 final mərhələsinin cavab oyunları 15-16 apreldə baş tutacaq.