Qarsiya Pimyentanı istefaya göndərən "Sevilya" rəsmi saytı vasitəsi ilə yeni baş məşqçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu, Xoakin Kaparrosdur.
69 yaşlı ispan mütəxəssisin cari mövsümün sonunda Əndəlüs təmsilçisinin "sükanı arxası"na keçəcəyi bildirilib. Anlaşmanın maddi tərəfləri haqda məlumat verilməyib.
Kaparros daha öncə 3 dəfə "Sevilya"ya rəhbərlik edib.
31 oyuna 36 xal toplayan komanda hazırda La Liqanın turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.
Nihat