Müqavilə ilə "Milan"a məxsus olan, hazırda icarə əsasında "Qalatasaray"ın formasını geyinən Alvaro Morata qeyri-qanuni mərc platformalarında idmana pul qoyuluşları etməsi ilə bağlı ittihamlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ispan hücumçu bu barədə fikirlərini sosial şəbəkə hesablarında bölüşüb:
"Haqqımda yayılan informasiyalara aydınlıq gətirmək istəyirəm. Nikolo Facoliyə yalnız peşəkar futbol karyerası ilə bağlı məsləhətlər vermişəm. Onun nə ilə məşğul olduğunu bilməmişəm. Nikolonu çox istəyirəm və ümid edirəm ki, o, tezliklə səhvlərini aradan qaldıra biləcək. Amma mənim buna heç bir aidiyyatım yoxdur. Sizdən xahiş edirəm ki, həqiqətə uyğun olmayan informasiyaları yaymayasınız. Yalan olduğu üçün ortaya çıxan bütün məlumatları təkzib edirəm. Təşəkkürlər".