"İnter" baş məşqçisi Simone İnzagi ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı “La Gazzetta dello Sport” yayıb.
Sözügedən çalışdırıcı ilə müqavilə yenilənəcəyi bildirilib. Tərəflərin artıq razılığa gəldiyi və yeni şərtlərə əsasən mütəxəssisin maaşının artırılacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, İnzaginin "qara-göylər"lə indiki müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. 32 tura 71 xal toplayan "İnter" hazırda A Seriyasının turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.