"Çelsi"nin əfsanəvi müdafiəçisi Con Terri 2004/2005 mövsümündə çempionluğu bayram edən "zadəganlar"ın 2003/2004 sezonunda İPL-də məğlubiyyət tanımayan "Arsenal"dan üstün komanda olduğunu deyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "The Telegraph" belə çatdırıb:
"2004/2005 mövsümündəki "Çelsi" ilə 2003/2004 sezonundakı "Arsenal"ı müqayisə etmək mümkün deyil. Biz onlardan çox üstün idik. Həmin vaxt yalnız "Mançester Siti"yə uduzmuşduq. Hərçənd heç bir halda uduzmalı deyildik. Amma "Arsenal"ın məğlub olmadığı mövsümdə 12 heç-heçəsi var idi".
Xatırladaq ki, 2004/2005 mövsümündə Joze Mourinyunun rəhbərliyi altında mübarizə aparan "Çelsi" 38 tura cəmi 15 qol buraxmışdı.
Nihat