Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda öz meydanında "İnter"ə məğlub olan (1:2) "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani bu gün Milanda baş tutacaq cavab qarşılaşması ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Hamı bu oyunu səbirsizliklə gözləyir. Hazırda İtaliyanın ən güclü komandası olan "İnter" Almaniyanın ən yaxşısı ilə qarşılaşır. Əsas olan yaxşı futbol sərgiləməkdir. Reallıq budur ki, biz bu matçda qalib gəlməliyik. Həmişə qələbəyə oynayırıq. Azarkeşlərimizə xüsusi bir axşam hədiyyə edəcəyimizə ümidliyəm. Bu, iki beynəlxalq təcrübəyə malik komandanın görüşüdür. Bütün futbolçular oyunun məsuliyyətini tərk edirlər".
Nihat