Karlo Ançelottinin "Real Madrid"in baş məşqçi postunu tərk edə biləcəyi dəqiq tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.
Mənbə italiyalı mütəxəssisin aprelin 26-da "Kral klubu"nun əzəli rəqibi "Barselona"ya qarşı keçirəcəyi matçdan - İspaniya Kubokunun finalından sonra postunu tərk etmək ehtimalının yüksək olduğunu vurğulayıb.
Xatırladaq ki, "Real" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda 0:3 hesabı ilə uduzduğu "Arsenal"a Madriddə də yenilərək (1:2) Çempionlar Liqası ilə vidalaşıb.
Nihat