Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Olimpik Lion"la heç-heçə edən "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr bu gün İngiltərədə baş tutacaq cavab qarşılaşması ərəfəsində "qırmızı şeytanlar"ın mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, təcrübəli futbolçu belə danışıb:
"Dəqiq deyə biləcəyim budur ki, biz Avropa Liqasının qalibi olsaq belə, cari mövsüm bizim üçün üzüntü sayılacaq. Hərçənd bu turnirdə qələbə xoş bir bonus ola bilər. "Yunayted"də oynayırsansa, mükafatlar qazanmalısan. Avropa Liqasının qalibi olsaq, həm də Çempionlar Liqasında iştirak hüququ qazanacağıq. Premyer Liqadakı vəziyyətimiz ÇL barədə düşünməyə imzan vermir".
Nihat