UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid"i məğlub edən (2:1) "Arsenal" tarixi rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, "topçular" "Santyaqo Bernabeu"da ardıcıl iki dəfə "Kral klubu"nu üstələyən komanda ünvanına sahib çıxıblar.
London təmsilçisi daha öncə 2006-cı ilin fevralında, Çempionlar Liqasının 1/8 finalında "Real"ı səfərdə 1:0 hesabı ilə yenmişdi.
Bu dəfə İspaniya nəhəngini hər iki görüşdə məyus edən (ilk oyun 3:0) ingilislər yarımfinalda PSJ ilə qarşılaşacaqlar.
Qeyd edək ki, "Arsenal" indiyədək heç vaxt ÇL-i qazana bilməyib.