"İnter Mayami"nin argentinalı superulduzu Lionel Messi uşaqlarının sevdiyi futbolçuların adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçunun sözlərini "All About Argentina" belə çatdırıb:
"Uşaqlarım Mbappenin, Vinisiusun, Yamalın, Levandovskinin və Holandın oyunlarını xüsusi həvəslə izləyirlər".
Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"nin uğurları üçün çalışır. O vaxtdan bəri bütün turnirlərdə 49 matça çıxan Leo 42 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun MLS klubu ilə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat