Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda heç-heçə etdiyi (2:2) "Olimpik Lion" üzərində öz meydanında 5:4 hesablı qələbə qazanaraq yarımfinala yüksələn "Mançester Yunayted"in müdafiəçisi Leni Yoro oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu, həyatımın ən yaxşı oyunu idi. Daha öncə heç vaxt belə dəlisov matçlarda iştirak etməmişdim. Biz sonadək, hətta vəziyyət xeyrimizə olmayanda da uğura inanırdıq. Çox çətin idi, amma azarkeşlərimiz bizi irəli səsləyirdilər. Əlbəttə ki, tərəfdarlarımızın qələbədəki əməyi danılmazdır. Bu turnirin qalibi olmaq istəyiriksə, qarşıdakı oyunlara inamla yanaşmalıyıq".
Nihat