"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında səfərdə "Ayntraxt" üzərində 1:0 hesablı qələbə qazanaraq (ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı) yarımfinala yüksəlmələri barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Futbolçularımla qürur duyuram. Əla iş gördülər. Lazım olan anlarda yaxşı müdafiə olunduq. Düşünürəm ki, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlməyi haqq edirdik. Uşaqlar bizim planlarımıza, gördüyümüz işə inanırlar. Onlarla çox fəxr edirəm".
Nihat