"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger əməliyyat oluna bilər.
Fanat.Az "Relevo"ya istinadən xəbər verir ki, müdafiəçi bir neçə aydır sol dizindəki ağrılardan əziyyət çəkir.
Məlumata görə, Almaniya millisinin futbolçusunda menisk problemi də aşkarlanıb.
Mümkün diz əməliyyatı ilə bağlı qərar cari mövsümün sonunda veriləcək. Rudiger qarşıdakı oyunlarda komandasına kömək edə bilmək üçün fizioterapevtlərin nəzarəti altında çalışır.
Qeyd edək ki, 32 yaşlı oyunçu cari mövsüm "Real"ın forması ilə bütün turnirlərdə 47 matça çıxaraq 3 qol vurub.