"Roma" özbək hücumçusu Eldor Şomurodovla bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Məlumata görə, Şomurodov "canavarlar"la müqavilə yeniləyəcək. Mənbə bu qış satılması gündəmdə olan, lakin baş məşqçi Klaudio Ranyerinin istəyi sayəsində heyətdə qalan futbolçunun müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkəcəyini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 32 matça çıxan Eldor 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı ön xətt oyunçusunun paytaxt klubu ilə indiki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. "Transfermarkt" portalı onun transfer qiymətini 4 milyon avro ilə dəyərləndirir.
Nihat