"Portu"nun qapıçısı Dioqu Koşta karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, onun xidmətində "Mançester Siti" maraqlıdır.
Mənbə "şəhərlilər"in 25 yaşlı qolkiperi bu yay heyətə qatmaq istədiklərini vurğulayıb.
Portuqaliyalı oyunçunun müqaviləsindəki sərbəstqalma məbləği 73,7 milyon avrodur. Mançester təmsilçisi isə bu məbləğin çox yüksək olduğunu düşünür. Onlar futbolçunu 50 milyon funt-sterlinqə (təxminən 58,5 milyon avro) alacağına ümid edir.
Qeyd edək ki, Dioqu Koşta cari mövsüm "Portu"da 41 matça çıxıb.