"Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta cari mövsümün sonunda iş yerini dəyişəcəyini bəyan edib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı futbolçu bunu "Kicker"ə açıqlamasında deyib:
"Müqaviləmi yeniləməmək və burada qalmamaq qərarına gəldim. Rəhbəriyin də məlumatı var. Onlarla açıq danışdım".
Qeyd edək ki, 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edən Ta ötən mövsüm "əczaçılar"la Bundesliqada çempion olub. O, cari mövsüm "Bayer" forması ilə bütün turnirlərdə 45 matça çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat