"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya Kubokunun aprelin 26-da baş tutacaq final matçında - "Barselona" ilə həlledici görüşdə hansı qapıçıya "start 11-lik"də yer verəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az-ın məlumatına görə, onun sözlərini AS belə çatdırıb:
"Andrey Lunin və Tibo Kurtua meydana çıxmağa hazırdırlar. Frans Qonsales də həmçinin".
Xatırladaq ki, Ançelotti bu mövsüm İspaniya Kubokunun oyunlarında ukraynalı qolkiper Luninə güvənib.
Nihat