Gələn mövsüm İngiltərə Premyer Liqasında (İPL) mübarizə aparmaq hüququ qazanan iki komanda bəlli olub.
Fanat.Az xəbər verir ki, Çempionşipdə cari sezonun sonuna iki tur qalmış xallarının sayını 94-ə çatdıran "Börnli" və "Lids" elitaya yüksəliblər.
44-cü turda "Bernli" "Şeffild"i (2:1), "Lids" isə "Stok Siti"ni (6:0) yenərək istəyinə çatıb.
Qeyd edək ki, artıq "Sauthempton" və "Lester"in Çempionşipə düşəcəkləri dəqiqləşib.