"Real Madrid"im baş məşqçisi Karlo Ançelotti postunu müqaviləsinin müddəti başa çatmamış tərk edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis "Marca"ya danışıb:
"Gördüyüm işi sevirəm. "Real"da mümkün qədər çox çalışmaq istəyirəm. Əlbəttə, getsəm, hər kəsə təşəkkür edərək klubdan ayrılacağam".
Qeyd edək ki, "Real" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki oyununda "Arsenal"a uduzaraq (0:3, 1:2) mübarizəni dayandırandan sonra "Kral klubu"nun rəhbərliyinin Ançelottinin işindən narazı olduğu barədə məlumatlar səngimir. 65 yaşlı çalışdırıcının Braziliya millisi ilə danışıq apardığı bildirilir. Bəzi mənbələr isə dəqiq tarixi də açıqlayıblar. Yazılanlara inansaq, aprelin 26-da əzəli rəqib "Barselona"ya qarşı keçirəcəkləri matçın - İspaniya Kubokunun final qarşılaşmasının nəticəsi Karlonun paytaxt təmsilçisindəki taleyi baxımından həlledici olacaq.
Nihat