Cənubi Afrika Respublikası təmsilçisi "Durban Siti"nin müdafiəçisi Sinamandla Zondi dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Sinamandla həyatla 22 yaşında vidalaşıb. Sözügedən oyunçu aprelin 22-də II Liqada "Milford"a qarşı keçirəcəkləri oyundan öncə isinmə hərəkətləri edərkən özündən gedib. Futbolçu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Zondi 2021-ci ildən peşəkar futbolla məşğul olurdu.