"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Real Madrid"in "sükanı arxası"na keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist və insayder Matteo Moretto yayıb.
Xəbərə görə, ispaniyalı mütəxəssis yaxın günlərdə "əczaçılar"ın rəhbərliyi ilə görüşərək İspaniya nəhəngini çalışdırmaq istəyini açıqlayacaq. Mənbə "Real"ın baş məşqçisi Karlo Ançelottinin artıq Braziliya millisində işləməklə bağlı qərarını qətiləşdirdiyini və iyuna wədər iş yerini dəyişəcəyini vurğulayıb.
Qeyd edək ki, Alonsonun "Bayer" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Nihat