Lamin Yamal "Barselona"da yeni rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 17 yaşlı vinger buna Kataloniyada "İnter" komandası ilə heç-heçə etdikləri matçda (3:3) - Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə meydana çıxmaqla nail olub.
"Blauqrana" forması ilə 100-cü görüşünü keçirən cinah hücumçusu bu say həddinə klub tarixində ən tez çatan futbolçudur.
Əvvəlki rekord Qaviyə (19 yaş, 30 gün) məxsus idi.
Qeyd edək ki, Yamal 2023-cü ilin aprelində "Barselona"nın əsas komandasında debüt edib. O, cari mövsüm bütün turnirlərdə 49 matçda 15 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.