"Barselona" rəsmi saytı vasitəsi ilə Çempionlar Liqasının yarımfinal mərhələsinin dünən baş tutan ilk oyununda - "İnter"lə matçda (3:3) zədələnən sağ cinah müdafiəçisi Jül Kundenin son vəziyyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, fransalı futbolçunun sol dizaltı vətərində problem yarandığı vurğulanıb.
Kundenin hansı müddətə kənarda qalacağı haqda dəqiq məlumat verilməyib.
AS nəşrinin jurnalisti Xavi Migel isə arxa xətt oyunçusunun azı 3 həftə "blauqrana"ya kömək etməyəcəyini bildirib.
Xatırladaq ki, Kunde qarşılaşmanın 40-cı dəqiqəsində əvəzlənmişdi.
Nihat