PSJ rəsmi saytı vasitəsi ilə komandanın lideri Usman Dembelenin zədələndiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, cinah hücumçusunun sol dizaltı vətərinin dartıldığı bildirilib.
Sözügedən vingerin vəziyyətinin getdikcə yaxşılaşdığı və yaxın vaxtlarda bu yöndə əlavə məlumat veriləcəyi vurğulanıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 46 matça çıxan Dembele 34 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Fransa millisinin üzvünün transfer qiymətini 75 milyon avro ilə dəyərləndirir.
Nihat