"Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "bənövşəyilər"in mətbuat xidməti yayıb.
İtaliya təmsilçisinin mütəxəssisin sözləşməsindəki avtomatik yenilənmədən faydalandığı bəyan edilib. Palladinonun indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, sözgedən mütəxəssis 2024-cü ilin yayından "Fiorentina"nın "sükanı arxası"ndadır. O, istefaya göndərilən Vinçentso İtalyanonun yerini tutub. Cari mövsüm A Seriyasında 35 tura 59 xal toplayan Florensiya təmsilçisi hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Nihat