UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda PSJ-yə 1:2 hesabı ilə uduzaraq (ilk oyun 0:1) finala yüksələ bilməyən "Arsenal"ın baş məşqçisi Mikel Arteta Parisdəki matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərini "RMC Sport" belə çatdırıb:
"Rəqibə əhsən, finalda oynamaq hüququ qazandı, amma biz onlardan çox üstün idik. Reallıq isə nəticədir ki, ondan da razı qala bilmərik. Yaxşı mübarizə apardıq, onlardan güclü idik, lakin bəxtimiz gətirmədi. İndi hansı aspektdə inkişaf etməli, səviyyəmizi bir qədər də artırmalı olduğumuzun fərqindəyik. Yeddi futbolçumuz yox idi. Parisə mövsümün ən ağır anında gəldik və belə futbol sərgilədik".
Xatırladaq ki, "Arsenal"ı məğlub edən PSJ finalda "İnter"lə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək.
Nihat