"Barselona"nın sabiq baş məşqçisi Xavi cari mövsüm hədəflərindən uzaq düşən "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin tənqid olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:
"Ançelotti 10 il ərzində bu sayda titul qazanıb, amma onu tənqid edirlər. İspaniyada çox güclü təzyiq var. Xüsusilə "Barselona" və "Real"da işləyirsənsə, həmişə təzyiqi hiss edəcəksən".
Xatırladaq ki, bu mövsüm Çempionlar Liqasının hər iki yarımfinal oyununda "Arsenal"a uduzaraq (0:3, 1:2) mübarizəni dayandıran "Real" İspaniya Kubokunun finalında "Barselona"ya yenilib. Hazırda La Liqanın turnir cədvəlində 75 xalla 2-ci pillədə qərarlaşan "Kral Klubu" əzəli rəqibi "Barselona"dan 4 xal geri qalır.
Nihat