"Atletiko Madrid"in norveçli hücumçusu Aleksander Sörlot İspaniya La Liqasının 35-ci turunda "Real Sosyedad"a qarşı keçirdikləri matçda 30 dəqiqə ərzində dörd qol vurub.
Fanat.Az xəbər verir ki, o, "Riyad Eyr Metropolitano"da baş tutan matçın (4:0) 7, 10, 11 və 30-cu dəqiqələrdə fərqlənib.
Birinci və üçüncü qollar arasındakı fasilə 3 dəqiqə 57 saniyə təşkil edib. Bu nəticə İspaniya çempionatları tarixində rekord olub. 1995-ci ildə "Deportivo"nun futbolçusu Bebeto 4 dəqiqə 43 saniyəyə het-trik etmişdi.
Həmçinin norveçli oyunçu ölkə çempionatında matçın əvvəlindən ən tez üç qol vurmuş futbolçu olub. O, 1941-ci ildə 15 dəqiqə ərzində rəqib qapısına 3 dəfə yol tapan Edmundo Suaresi geridə qoyub.