Fransanın "Lill" klubunun kanadalı hücumçusu Conatan Devid karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "doqlar"la anlaşma yeniləmək niyyətində olmayan Devidin xidmətində "Napoli" maraqlıdır. Mənbə Neapol təmsilçisinin hazırda 25 yaşlı hücumçu ilə danışıq apardığını vurğulayıb.
Qeyd edək ki, sözügedən oyunçunun klubu ilə müqaviləsinin müddəti bu ilin yayınadək nəzərdə tutulub.