"Vinisiusun etdiyinə sözlə şərh vermək çətindir. Bu, biabırçılıqdır, biabırçılıq!"
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, bunu İspaniya La Liqasının 35-ci turu çərçivəsində dünən keçirilən "Barselona" - "Real Madrid" oyunundan (4:3) sonra "Kral klubu"nun sabiq futbolçusu Alvaro Beneto deyib.
O, braziliyalı vingeri tənqid atəşinə tutub: "Ançelotti onu oyundan çıxarmalıydı. "Real"ın yeni baş məşqçisinin işi çox olacaq. Bəzi futbolçuların mentalitetini dəyişmək lazımdır. Vinisius kimi futbol oynamaq, geri qayıtmamaq, top almamaq, pressinq etməmək olmaz".
Qeyd edək ki, Vinisius son "el klasiko"da 2 məhsuldar ötürmə ilə yadda qalıb və 88-ci dəqiqədə əvəzlənib.
Nihat