"İnter"in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 35-ci turunda "Torino" üzərində səfərdə qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, çempionatın başa çatmasına 2 tur qalmış lider "Napoli"nin büdrəməsindən faydalanaraq aradakı xal fərqini minimuma endirən Milan təmsilçisinin çalışdrıcısının sözlərini "Football Italia" belə çatdırıb:
"Oyundan öndə dedim ki, təəssüflər olsun, skudettonun taleyi artıq bizim əlimizdə deyil. Evdə uduzmayan rəqibə qarşı bütün gücümüzlə mübarizə aparmalı olduğumuzu bilirdik. Bizə sərt oyun lazım idi ki, belə də oynadıq".
Xatırladaq ki, hazırda lider "Napoli"nin 78, "İnter"in 77 xalı var.
Nihat