Braziliyalı vinger Rafinyanın "Barselona"dakı aqibətinin necə olacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, cinah hücumçusu klubu ilə müqavilə yeniləməyə yaxındır. Mənbə danışıqların müsbət axarda getdiyini, yeni anlaşmanın müddətinin 2029-cu ilin yayına qədər nəzərdə tutulacağını vurğulayıb. Ulduz futbolçunun maaşının artırılacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, Rafinyanın Kataloniya təmsilçisi ilə indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Nihat